RU

Qubada ayılar daha bir kəndə hücum etdilər - Yenilənib

Quba rayonunda ayılar daha bir kəndə hücum ediblər...

Oxu.Az xəbər verir ki, bu dəfə ayılar rayonun Xanagah kəndinə hücum edərək, sakinlərə məxsus inək və balasını yaralayıblar.

Sakinlərin sözlərinə görə, kənd ərazisində və kəndə yaxın meşəlik ərazidə gəzmək artıq təhlükəli hal alıb.

***

Qubanın Xanagah və Səbətlər kəndləri ayıların hücumuna məruz qalıb.

APA-nın şimal bürosu xəbər verir ki, gecə saatlarında ayılar təsərrüfatlara hücum ediblər. Ayılar Səbətlər kəndində 2 baş iribuynuzlu mal-qaranı parçalayıblar.

Xanagah kəndində də bir baş iribunuzlu heyvanı parçalayıb, bir neçəsinə xəsarət yetiriblər.

Poliqon.info

Избранный
21
5
poliqon.info

10Источники