RU

“Ermənistan Avropa Birliyinə üzv ola bilməz” – Paşinyan

“Ermənistan Avropa Birliyinə üzv ola bilməz”.

Busaat.az xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyan sentyabrın 23-də Ermənistan Demokratiya Forumunda keçirilən panel müzakirəsində deyib.

“Bizim məqsədimiz bütün sahələrdə Aİ standartlarını təmin etməkdir”, – deyə Paşinyan bildirib. O, qeyd edib ki, Ermənistanın Aİ-yə üzvlüyünün nə dərəcədə real və ya qeyri-real olması ilə bağlı ictimai müzakirələr gedir.

“Hökumət və siyasi çoxluq deyir ki, bizim məqsədimiz bütün sahələrdə Aİ standartlarına nail olmaqdır. Bu, çox vacibdir, çünki çoxları bunun müəyyən geosiyasi nəticələri görür”, – deyə baş nazir qeyd edib.

Paşinyan vurğulayıb ki, demokratik islahatlar planında növbəti addım Ermənistanın Aİ dəyərlərinə sadiqliyinin danılmaz və sarsılmaz olduğunun qəbul edilməsi olacaq.

Yeganə

Избранный
72
busaat.az

1Источники