RU

TELE1 kanalına qarşı istintaq başladı Baş redaktor və aparıcılar məhkəməyə aparıldı

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə müxalif mövqeyi ilə tanınan TELE1 televiziya kanalına qarşı istintaq başlayıb.

“AzPolitika” Türkiyə mediasına istinadla xəbər verir ki, kanalda yayımlanan “Türkiye’nin Yönü” proqramı zamanı ekrana verilən “KJ” (ekran yazısı) səbəbilə prokurorluq tərəfindən TELE1 barəsində istintaq başladılıb.

Məlumata görə, bu çərçivədə polis əməkdaşları kanala gələrək TELE1-in baş redaktoru Merdan Yanardağ və proqram aparıcısı Musa Özuğurlunu məhkəməyə aparıblar. Bundan başqa, kanalın proqramlar müdiri İhsan Demir də evindən polis tərəfindən götürülərək məhkəməyə aparılıb.

Xatırladaq ki, TELE1 kanalına bundan öncə dəfələrlə cərimələr tətbiq edilib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
azpolitika.info

1Источники