RU

Çin gəmisi Krım limanında görünüb Ukrayna Pekinə qəti etiraz bildirib, amma...

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Son aylarda Çinə məxsus “Guangxi Changhai” şirkətinin gəmisi “Heng Yang 9” azı üç dəfə Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasında müşahidə edilib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” (FT) Ukrayna rəsmilərinə istinadla yazır.

Ukrayna Prezidenti Volodimir Zelenski ofisinin məlumatına görə, yay aylarında gəmi ən azı iki dəfə Sevastopol limanına daxil olub: 19-22 iyun tarixlərində limanda qalıb və 15 avqustda yüklənmək üçün müraciət edib. Daha sonra gəminin Türkiyə limanlarına səfər etdiyi, daha sonra isə Misirə yola düşdüyü qeyd olunur.

FT yazır ki, sentyabr ayında gəmiyə aid məlumatlara görə, gəmi Qara dənizdə hərəkət edərkən öz koordinatlarını gizlətməyə çalışıb. Transponder məlumatlarına əsasən, gəmi “Kavkaz” limanına yönəlmiş kimi göstərilsə də, əslində Sevastopolda olub. Bu, peyk görüntüləri vasitəsilə təsdiqlənib.

2014-cü ildə Krımın ilhaqından sonra Qərb ölkələri tərəfindən tətbiq edilmiş sanksiyalar Sevastopol limanının istifadəsini qadağan edir. FT qeyd edir ki, Çin sanksiyaları dəstəkləməsə də, əvvəlki illərdə Çin ticarət gəmiləri Krım limanlarından çəkinib.

Ukrayna Prezidenti yanında sanksiya siyasəti üzrə nümayəndə Vladislav Vlasyuk qəzetə bildirib ki, Ukraynanın Çin səfirliyi bu insidenti Çin XİN rəsmiləri ilə müzakirə edib. “Biz bu hadisə ilə bağlı qəti narazılığımızı ifadə etdik,” – deyə o vurğulayıb.

Vlasyuk əlavə edib ki, Çin XİN-in cavabında Çin vətəndaşları və şirkətlərinə Ukraynanın işğal edilmiş əraziləri ilə əlaqələrdən çəkinmələri tövsiyə edilib.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
azpolitika.info

1Источники