RU

Tanınmış iş adamı SAXLANILDI

Rusiyalı tanınmış iş adamı saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, URA.Ru nəşri ilə əlaqəli tanınmış Ural iş adamı, “Oblkommunenergo”nun sahibi Aleksey Bobrov saxlanılıb.

O, cinayət işi üzrə şübhəli şəxs qismində Moskvadan Yekaterinburqa aparılıb.

Məlumata görə, məhkəmə icraçıları Bobrovun dələduzluq işi çərçivəsində onun biznesini müsadirə etməyə başlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin onun şəriki və direktorlar şurasının sədri Tatyana Çernıxı və “Oblkommunenergo”nun törəmə şirkətinin rəhbəri Artyom Noskovu, habelə onun keçmiş rəhbəri Anton Bolikovu saxlayıblar.

Onların hamısı sentyabrın 22-də axşam saatlarında Noskov Leninski Rayon Məhkəməsində keçirilən iclasda iştirak etmədiyi üçün saxlanılıb.

Onlar konsessiya müqavilələri üzrə büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunurlar.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
14
interpress.az

1Источники