RU

"Qarabağ"ın rəqibi futbolçusu ilə müqaviləni uzatdı

BAKI, 23 sentyabr. TELEQRAF

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İtaliyanın "Napoli" klubu futbolçusu Matteo Politano ilə müqaviləni yeniləyib.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Neapol təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalayıb.

İtaliyalı oyunçu 2020-ci ilin əvvəlində "İnter"dən "Napoli"yə keçib. O, komanda ilə 238 oyunda iştirak edib, 34 qol vurub və 35 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Matteo Politano İtaliya millisinin heyətində 16 oyunda 4 qol müəllifi olub.

"Qarabağ" noyabrın 26-da "Napoli"nin qonağı olacaq.

Избранный
38
teleqraf.com

1Источники