RU

NATO Estoniyada Rusiya təyyarələri ilə bağlı insidentdə təhlükə hiss etməyib

NATO təyyarələri Rusiya təyyarələrini Estoniya hava məkanından çıxarıb, çünki bu, birbaşa təhlükə kimi qiymətləndirilməyib.

APA xəbəri verir ki, bu barədə NATO Baş katibi Mark Rutte mətbuat konfransında Rusiyanın Alyansın hava məkanını pozmasına münasibət bildirirərkən deyib.

“MiQ təyyarələrini vurmaq lazım deyildi. Amma ehtiyac olarsa, lazım olanı edəcəyik. Bu o demək deyil ki, biz həmişə təyyarəni dərhal vuracağıq. Əvvəlcə vəziyyəti qiymətləndirəcəyik. Rusiyanın son addımları ya qəsdən ya da açıq-aşkar səriştəsizlikdir. Biz sadəlövh deyilik”, - Baş katib qeyd edib.

Xatırladaq ki, 19 sentyabr tarixində Rusiyanın hərbi təyyarələri Estoniyanın hava məkanını pozub. NATO Rusiya təyyarələrini geri qaytarmaq üçün İtaliyaya məxsus F-35-ləri havaya qaldırıb.

Избранный
19
50
apa.az

10Источники