RU

Qlobal bazarlarda Azərbaycanın mövqeyi güclənir

Qlobal

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfəri beynəlxalq əməkdaşlıq və çoxtərəfli diplomatiya platformalarında Azərbaycanın fəal iştirakının göstəricisidir.

Reyting.az
-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı bildirib ki, bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.

Qeyd olunur ki, səfər çərçivəsində ABŞ-nın nüfuzlu korporasiyaları, aparıcı maliyyə institutları və yüksək texnologiyalar üzrə ixtisaslaşmış şirkətləri ilə keçirilmiş görüşlər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın yeni mərhələsini formalaşdırmaq baxımından xüsusi önəm kəsb edir. Müzakirə olunan strateji investisiya layihələri ölkə iqtisadiyyatının diversifikasiyası, yüksək texnologiyaların və innovativ idarəetmə modellərinin tətbiqi, habelə infrastrukturun modernləşdirilməsi istiqamətində əlavə imkanlar açır. Bu kimi təşəbbüslər həm də ölkənin qlobal dəyər zəncirlərinə inteqrasiyasını sürətləndirərək onun regional iqtisadi mərkəz kimi rolunu möhkəmləndirir.

Bundan əlavə, ABŞ tərəfi ilə aparılan dialoq nəticəsində xarici investorlar üçün əlverişli və proqnozlaşdırıla bilən biznes mühitinin təşviqi, hüquqi-normativ bazanın təkmilləşdirilməsi və maliyyə alətlərinin şaxələndirilməsi kimi məsələlər diqqət mərkəzindədir. Bu kontekstdə əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq iqtisadi sistemdə etibarlı tərəfdaş kimi imicini daha da gücləndirir və uzunmüddətli dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması üçün zəmin yaradır.

İİTKM-nin şöbə müdiri vurğulayıb ki, İlham Əliyevin Nyu-York səfəri çərçivəsində “Neuberger Berman”, “Brookfield Asset Management” və “Blackstone” kimi dünyanın aparıcı investisiya şirkətlərinin rəhbərləri ilə görüşləri Azərbaycanın beynəlxalq maliyyə inteqrasiyasının dərinləşməsi və qlobal iqtisadi əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşlərdə Dövlət Neft Fondu ilə uzunmüddətli tərəfdaşlığın uğurları vurğulanıb, yeni layihələr çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri qeyd edilib. Beynəlxalq investorlar tərəfindən ölkədə aparılan iqtisadi islahatların, sabitlik, şəffaflıq və davamlı inkişaf prinsiplərinə əsaslanan iqtisadi kursun yüksək qiymətləndirilməsi Azərbaycanın etibarlı tərəfdaş və rəqabətqabiliyyətli investisiya məkanı kimi mövqeyini möhkəmləndirir. Müzakirələr göstərir ki, Azərbaycanın bərpaolunan enerji potensialı və regional enerji mərkəzinə çevrilmə perspektivləri ölkəmizin beynəlxalq əməkdaşlığının yalnız maliyyə sahəsi ilə məhdudlaşmadığını, strateji enerji gündəminə də təsir göstərdiyini nümayiş etdirir. “Brookfield Asset Management” kimi qlobal investisiya nəhəngləri ilə qurulan tərəfdaşlıq isə Azərbaycanın iqtisadi transformasiyasını sürətləndirmək və qlobal bazarlarda dayanıqlı mövqe qazanmaq üçün geniş imkanlar yaradır. “Blackstone” kimi alternativ investisiyalar sahəsində qlobal liderlərlə qurulan tərəfdaşlıq milli iqtisadiyyatın diversifikasiyası, maliyyə dayanıqlığının gücləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

L. Zeynallı əlavə edib ki, İ. Əliyevin ABŞ səfəri yalnız ikitərəfli münasibətlərin inkişafına xidmət etmir, eyni zamanda Azərbaycanın qlobal iqtisadi proseslərdə rolunu gücləndirən, strateji inkişaf prioritetlərinə uyğun yeni əməkdaşlıq platformalarının yaradılmasına təkan verən həlledici və strateji təşəbbüs kimi qiymətləndirilir.
Избранный
12
4
reyting.az

5Источники