RU

Rüstəm Məmmədov "Zaqatala"nın yeni legionerlərin adlarını açıqladı

1-ci Liqa təmsilçisi "Zaqatala"nın yeni transferlərinin kimliyi müəyyənləşib.

Bunu Fanat.Az-a bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədov açıqlayıb:

"Hər iki futbolçu konqoludur. Kabamba Kabamba mərkəz müdafiəçisi Matondo Lumbu Preddi isə hücumçudur. Bu legionerlərin növbəti matçda oynamaq ehtimalları az deyil".

Xatırladaq ki, "Zaqatala" 1-ci Liqanın 3-cü turunda Binə qəsəbə stadionunda MOİK-in qonağı olacaq. Məmmədovun çalışdırdığı kollektiv çempionatın ilk turunda "Cəbrayıl"ı yenibsə (1:0), ikinci görüşdə öz meydanında "Şəfa"ya böyük hesabla məğlub olub - 0:4.

Nihat  

Избранный
21
1
fanat.az

2Источники