RU

Bakı Taksi Xidməti MMC də 2.2 min manat maaş? İqtisadçı maraqlı rəqəmlər açıqladı

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

İqtisadçı ekspert Toğrul Vəliyev Bakı Taksi Xidməti MMC-də işçi sayı və maaş fondu barədə maraqlı rəqəmlər açıqlayıb.

“AzPolitika” xəbər verir ki, o, açıq mənbələrdə şirkətdə çalışan işçilərin sayı və maaş fondu haqqında məlumatlar mövcud olduğunu qeyd edib.

Ekspertin sözlərinə görə, bu ilin iyul ayının sonuna şirkətdə rəsmi olaraq 9 nəfər işləyirmiş. Dövlət şirkəti olmasına baxmayaraq, taksi sürücüləri işçi kimi qeyd olunmur, bu isə maraq doğurur. Onun hesablamalarına görə, həmin dövrdə işçilərin aylıq maaş fondu 19–20 min manat civarında olub və orta aylıq əməkhaqqı təxminən 2,2 min manat təşkil edib.

Toğrul Vəliyev bildirib ki, bir çox insan deyir ki, şirkətin taksilərindən az adam istifadə edir. Buna baxmayaraq, bu ilin mart ayında işçilərə 13-cü maaş ödənilib, bu isə keçən ilin uğurlu nəticələrinə işarə edə bilər. Ekspert sual edir: “Uğursuz il olsaydı, kim əlavə bonus ödəyərdi, yoxsa dövlət şirkətlərində başqa məntiq işləyir?”

T.Vəliyev əlavə edib ki, bu ilin avqust ayında şirkətə yeni işçi gəlib. Bununla işçi sayı 9-dan 10-a yüksəlib və aylıq maaş fondu 20,5 min manata çatıb. Ekspert sual edir: “Bu artım yalnız yeni işçinin maaşı ilə bağlıdır, yoxsa bütün işçilərin maaşına əlavələr edilib, ya da məzuniyyət hesabına bu artım həyata keçirilib?”

Toğrul Vəliyev bildirib ki, bu və digər göstəricilər şirkətin maliyyə vəziyyəti və əməkhaqqı siyasəti barədə maraqlı ipucları verir və diqqətlə izlənilməlidir.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
azpolitika.info

1Источники