RU

Qaşsız qızıl almaq məsləhətdir Zərgərlə MÜSAHİBƏ

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünyada olduğu kimi, Azərbaycanda da qızılın qiymətində davamlı artım müşahidə olunur. Xüsusilə nişan və toy hazırlığı görən gənclər üçün qızılın qiyməti ciddi büdcə məsələsinə çevrilir. Həm dəbdəki dəyişikliklər, həm də yatırım məqsədilə qızıl almaq istəyənlərin sualları çoxdur: alıcıların sayı azalırmı, sarı, yoxsa ağ qızıl dəbdədir, yatırım üçün hansı növ qızıl daha sərfəlidir?

Bu və digər aktual suallara aydınlıq gətirmək üçün Lent.az-ın həmsöhbəti zərgər Ravil Rzayevdir.

- Qızılın qiymətinin artması alıcı sayına təsir edirmi?

- Bəli, bahalaşma alıcılığa təsir edir. Qiyməti soruşurlar, baha olduğunu eşidəndə tərddüd edirlər, almırlar. Əvvəllər 1000 manata 7-8 qram qızıl almaq olurdusa, indi həmin məbləğə 5-6 qram qızıl satılır.  

- Bu gün nişan və toy üçün hansı əyarda qızıla üstünlük verilir?

- Nişan və toy üçün adətən 585 (14k ) və 750 (18k) əyarlarda brilyant dəstlər satılır. Hansına üstünlük verilməsi məsələsi isə büdcəyə bağlıdır. İmkanı olanlar 750, olnayanlar isə 585 əyər alırlar.

- Hansı rəng qızıllar dəbdədir? Sarı, yaxud ağ?

- Brilyant məhsullarda daha çox ağ qızıla üstünlük verilir. Gündəlik modellərdə isə (saat, qolbaq, üzük, boyunbağı) əyarından asılı olmayaraq ən çox sarı, qızıl rənginə üstünlük verilir.

- Hərdən də qızılı yatırım üçün alırlar. Bu zaman hansı növ zinət əşyası almaq məsləhətlidir?

- Yatırım üçün qaşsız saf qızıl və daha çox lom qiymətinə yaxın olan modellərə üstünlük verilməsi məsləhətdir, çünki yeni modellər daha müasir dizayında və fərqli ölkələrin istehsalı olduğunu görə bahadır. Onları yatırım məqsədilə istifadə edilməsi üçün uzun müddət saxlamaq lazımdır. Yaxud, ən yaxşı halda bir neçə ildən sonra qızıl bahalaşdıqda təkrar satmaq olar.

Lakin loma yaxın qiymətə alınan qızıl köhnə model olsa belə, bir müddətdən sonra tədricən bahalaşmaya görə öz mayasını çıxardır.

- Hər brilyant qaşlı qızılları satarkən qaşın dəyərini hesablamırlar. Bunun səbəbi nədir?

- Brilyant məhsulları satanda qaşın dəyəri hesablanır. Qızılı qızıl, brilyantı da briyant kimi nəzərə alırıq. Lakin müştərilərin gətirdikləri brilyant zinət əşyalarının bir çoxunun qaşlarında duzlu kömürlü və s. problemlər olduğu üçün onlar qiymətə hesablansa belə, dəyəri düşür. Ancaq iri həcmli, karatı çox bütöv formada sibir ya da yaxşı belqia brilyantlarının rənginə keyfiyyətinə və digər parametrlərinə görə daha yüksək qiymət təklif olunur.

- Qızıl-zinət əşyası alarkən uduzmamaq üçün nələrə fakir verməliyik?

- Məsləhətdir ki, maksimum dərəcədə qaşsız modellərə üstünlük verilsin.

- Bəs saxta, yaxud qarışıq materiallı qızılı originaldan necə fərqləndirmək olar?

- Peşakarlar bunu vizual baxışdan da, anlaya bilirlər, ancaq adətən keçmişdən qalma yağ daş üsulu ilə qızılın əyarı yoxlanılır. Əgər şüphəli bir hal olarsa, xüsusi laboratoriyalarda yenidən baxılır. Qızıl univermaqlarınıda cuzi bir məbləğə onu yoxlatmaq mümkündür.

- Hansı ölkənin istehsalı olan qızıllara tələbat daha çoxdur?

- Əsasən İtaliya, Türkiyə və Dubay qızıllarına tələbat var. Lakin bunlarla yanaşı yerli məhsullar və ərəb qızılları da kifayət qədər satılır

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
lent.az

1Источники