Gözlərin ətrafındakı incə qırışlar yaşlandıqca daha çox nəzərə çarpır. Kremlər və kosmetik vasitələr kömək edə bilər, amma sadə göz gimnastikası məşqləri həm təbii, həm də təsirli üsuldur.
Evdə sadəcə 5 dəqiqənizi alacaq elə məşqlər var ki, bu sayədə göz ətrafınızdakı qırışların sürətlə artmasının qarşısını ala bilərsiniz. E-saglam.az aşağıdakı 4 məşq formasını sizinlə bölüşür. Bu sadə məşqlər göz ətrafındakı əzələləri gücləndirir, qan dövranını yaxşılaşdırır və qırışların görünməsini azaldır:
1. Masaj: Gözün daxili küncündən xarici küncünə doğru işarə barmaqlarınızla yumşaq masaj edin. Bu, qan dövranını yaxşılaşdırır və dəri tonunu artırır.
2. Göz gimnastikası: Gözlərinizi geniş açın, sanki təəccüblənmisiniz kimi saxlayın, sonra yavaş-yavaş yumun. Bu hərəkəti 10 dəfə təkrarlayın. Göz ətrafındakı əzələləri gücləndirir və qırışların əmələ gəlməsinin qarşısını alır.
3. “Səkkiz” hərəkəti: Gözlərinizi yumun və havada səkkiz rəqəmi çəkməyə çalışın. Hər istiqamətdə 10 dəfə təkrarlayın. Bu məşq qan dövranını yaxşılaşdırır və əzələləri rahatlaşdırır.
4. “Yarım göz qapaqları”: İşarə barmaqlarınızı üst göz qapaqlarınıza qoyun, qaşlarınızı yuxarı qaldırmağa çalışın və barmaqlarınızla müqavimət göstərin. 5 saniyə saxlayın, sonra rahatlayın. Bu hərəkəti 10 dəfə edin.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az