RU

Çin avtomobillərinə maraq niyə azaldı?

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bir vaxtlar həftəsonları izdihamla dolub-daşan "maşın bazarı" indi durğunluq içindədir.

Milli.Az xəbər verir ki, satıcılar bildirirlər ki, artıq bir neçə həftədir alver zəifləyib.

Bu vəziyyətin əsas səbəblərindən biri kimi Çin avtomobillərinə artan maraq göstərilir. 2025-ci ilin ilk 8 ayında Azərbaycana Çindən 733 milyon dollar dəyərində 37 minə yaxın avtomobil gətirilib. Bu, alıcıların seçimində ciddi dəyişikliklərin baş verdiyini göstərir.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, Çin avtomobilləri üç səbəbdən avtomobil bazarında öz yerini tuta bilib.

"Birincisi, qiymətinin rəqabətədavamlı olması, ikincisi sözügedən avtomobillərdə texnoloji yeniliklərdən istifadə edilməsi, üçüncüsü isə reklam kampaniyaları üçün çox pul xərclənməsidir", - deyə ekspert bildirib.

Qeyd edək ki, Çin markaları təkcə Azərbaycanda yox, dünya üzrə də satış baxımından bir çox iri avtomobil brendlərini geridə qoyub. 

Asya

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
1
news.milli.az

2Источники