RU

Ermənistan MTX rəhbərinin Bakı səfəri KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ermənistan təhlükəsizlik xidmətinin başçısının Bakıya səfəri tipik olmayan bir haldır və özü-özlüyündə bir mesajdır. Bu, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində daha aktiv addımların atıldığını göstərən siqnaldır.

Çünki bu səviyyəli təhlükəsizlik rəhbərlərinin qarşı tərəfə getməsi yalnız xüsusi həssas məsələlərin müzakirəsi üçün edilir.

“10 erməni məhbusun siyahısının təqdim edilməsi” iddiası isə əsasən erməni media mənbələrində yayılır. Bu sadəcə iddiadan ibarətdir. Azərbaycanın heç bir etibarlı rəsmi mənbələri ilə təsdiqlənmir”.

Bu fikirləri Politoloq Polad Mehdiyev KONKRET.az-a açıqlamasında səsləndirib:

“Zənnimcə bu, əslində Ermənistan ictimaiyyətinə mesajdır ki, hökumət əsirlərin azad edilməsi üçün konkret addımlar atır.

Yox əgər məhbus siyahısının təqdim olunması rəsmi şəkildə təsdiqlənməsə də, belə bir hərəkət olsa, bu, iki ölkə arasında “humanitar” gündəmi irəli çıxarmaq və qarşılıqlı etimadı artırmaq məqsədi daşıya bilər.

Lakin bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda mühakimə olunan erməni separatçılar ölkə qanunlarına və beynəlxalq hüquqa görə, cinayət törətmiş şəxslərdir. Bu şəxslər Azərbaycan ərazisində və ya azərbaycanlılara qarşı cinayət törədiblər. Beynəlxalq və ölkə qanunlarına uyğun olaraq mühakimə olunurlar”.

Ekspert qeyd edir ki, beynəlxalq hüququn əsas prinsiplərinə görə də hər bir dövlət öz ərazisində törədilən cinayətlərə görə yurisdiksiyaya malikdir.

“Azərbaycan bu öhdəliyini artıq yerinə yetirib, cinayətkarları mühakimə edib. Deməli, onları Ermənistana vermək məcburiyyəti yoxdur.

Siyasi baxımdan isə cinayətkarların cəzalandırılması Azərbaycanın həm hüquqi dövlət prinsiplərinə sadiqliyini, həm də beynəlxalq aləmdə ədalət və qanunun aliliyinə hörmətini göstərir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
konkret.az

2Источники