RU

Fələstin lideri Qəzzanın gələcəyinə dair mövqeyini açıqladı

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fələstin Prezidenti Mahmud Abbas bəyan edib ki, HƏMAS artıq Qəzza zolağının idarəçiliyində iştirak etməyəcək.

Milli.Az xəbər verir ki, bu fikirləri o, BMT-də Yaxın Şərq sülh prosesi üzrə keçirilən yüksək səviyyəli konfransda səsləndirib.

Abbasın sözlərinə görə, HƏMAS da daxil olmaqla bütün silahlı qruplar silahlarını Fələstin Milli Administrasiyasına təhvil verməlidir.

O qeyd edib ki, məqsəd silahsız və qanuni təhlükəsizlik strukturlarına əsaslanan vahid dövlət qurmaqdır.

Qeyd edək ki, FƏTH və HƏMAS arasında Qəzzanın gələcək idarəçiliyi ilə bağlı danışıqlar illərdir Misirin vasitəçiliyi ilə aparılır. Son görüş 2024-cü ilin noyabrında Qahirədə keçirilmiş və nəticədə "İctimai Dəstək Komitəsi" adlı müvəqqəti idarəetmə strukturu yaradılmışdır. Bu qurum, Mahmud Abbasın sərəncamı ilə formalaşdırılıb və yalnız siyasi partiyalara aidiyyəti olmayan qəzzalı nümayəndələrdən ibarətdir.

Asya

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
1
news.milli.az

2Источники