RU

Tiktoker Roşka ilə bağlı qərar verildi

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmənin növbəti baxışı keçirilib.

Milli.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tiktokeri saxlayaraq Nəsimi Rayon Polis İdarəsinə gətirən polis əməkdaşları sərbəst ifadə veriblər.

Nəsimi RPİ-nin əməliyyatçısı ifadəsi zamanı vurğulayıb ki, Rövşən Süleymanov əməliyyat məlumatı əsasında saxlanılıb.

"Rövşən Süleymanovun üzərində narkotik maddə olması ilə bağlı əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat qrupu yaradıldı. Qrupun üzvlərindən biri də mən idim. Rövşəni 1 saylı Şəhər Klinik Xəstəxananın yanında saxladıq. Onun üzərinə baxış zamanı narkotik maddəyə bənzər əşya tapıldı. Özü ifadəsi zamanı həmin əşyanın həqiqətən də narkotik maddə olduğunu və onu yaxınlıqdakı qəsəbələrdən birindən aldığını dedi".

Şahid qismində prosesdə iştirak edən digər polis əməkdaşı da həmkarının dedikləri ilə razılaşdığını, Rövşən Süleymanov saxlanılarkən onun üzərindən narkotik maddənin aşkar olunduğunu təsdiqləyib.

Təqsirləndirilənin vəkili müvəkkilin ev dustaqlığına buraxılmasi ilə bağlı yenidən vəsatət təqdim etsə də, məhkəmə vəsatəti təmin etməyib.

Vəkilin növbəti vəsatəti isə digər polis əməkdaşlarının əlavə şahid kimi ifadə vermələri ilə bağlı olub.

Məhkəmə vəkilin bu vəsatətini təmin edib və növbəti proseslərdə onların iştirakı təmin ediləcək.

Proses qeyri müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
9
news.milli.az

10Источники