RU

Avtobusda dava: “Hadisə ilə bağlı...”

“BakuBus” avtobusunda sərnişinlər arasında dava olub.

Hadisənin Xətai rayonu ərazisində baş verdiyi iddia edilir. Sosial şəbəkələrdə yayılan videodan da görünür ki, iki gənc qız arasında mübahisə əlbəyaxa davaya çevrilib.

Hadisə ilə bağlı “BakuBus” MMC-dən saytımıza bildirilib ki, bu kimi hallarda sürücülərə qanunvericiliyin tələblərinə əsasən “102” xidmətinə məlumat vermələri ilə bağlı müvafiq təlimatlar verilir:

“Eyni zamanda sərnişinlərdən ictimai nəqliyyatdan istifadə zamanı mövcud qaydalara riayət edərək digər sərnişinlərə və yol hərəkəti iştirakçılarına hörmətlə yanaşmalarını xahiş edirik”.

Bəs tərəflər məsuliyyətə cəlb olunubmu?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirdi ki, hadisə ilə bağlı araşdırmalar aparılır:

“Sosial şəbəkədə ictimai nəqliyyatda iki nəfər arasında baş verən mübahisə ilə bağlı paylaşılan görüntülərdən məlumatlıyıq. Tərəflərin qarşılıqlı müraciətləri əsasında müvafiq araşdırma aparılır”.

Избранный
23
5
cebheinfo.az

10Источники