RU

Mayli Sayrus alkoqol və marixuanadan necə xilas olub? Özü açıqladı

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Amerikalı pop ulduz Mayli Sayrus artıq beş ildir ki, alkoqol qəbul etmir. O, bu müddət ərzində ayıqlığını necə qoruduğunu və həyatında nələrin dəyişdiyini açıqlayıb.

Qaynarinfo "Independent"ə istinadən xəbər verir ki, 32 yaşlı Sayrus təkcə alkoqolu deyil, həm də marixuananı tərgidib. Onun üçün bir növ "dərman" və "təsəlli" isə bağçılıq olub. Sənətçi qeyd edib ki, məhz bu hobbisi ona sağ qalmağa kömək edir.

"Bağçılıq özün üçün etdiyin bir şeydir. Biz həyatımızın çoxunu başqaları ilə paylaşırıq, amma sadə bir toxumu torpağa basdırıb ona qulluq etmək çox şəxsi bir prosesə çevrilir. Bu məşğuliyyət mənim ayıq həyatımı möhkəmləndirən dərmana çevrildi", deyə müğənni bildirib.

O əlavə edib ki, bağda işləmək onun üçün həm idmanı, həm də meditasiya əvəz edir. Təbiətin qoynunda o, səhnədən və ictimaiyyətin diqqətindən uzaqlaşıb həqiqətən dincələ bildiyini vurğulayıb.

Sayrusun sözlərinə görə, həqiqi qələbə onun bitkilərinin çiçəkləməsini görməkdir. O, dostu ilə birlikdə 10 min çobanyastığı və 40 növ qızılgül əkdiklərini də açıqlayıb.

Xatırladaq ki, bu ilin yazında Mayli Sayrus yeni "Something Beautiful" albomunu və onunla birlikdə "End of the World" adlı mahnısına çəkilən klipi təqdim edib. Sözügedən klip qısa müddətdə təxminən 30 milyon baxış toplayıb.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
qaynarinfo.az

1Источники