RU

İsmayıllıda avtomobil aşdı – Ölən var

İsmayıllıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Kürdeldarbəyli və Gideyli kəndləri arasında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Избранный
13
16
konkret.az

10Источники