RU

“Sağlam həyat tərzi” Alt İşçi qrupunun növbəti iclasında qarşıda duran məsələlər müzakirə olundu

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 23-də “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması üzrə yaradılmış “Sağlam həyat tərzi” Alt İşçi qrupunun növbəti iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti, Səhiyyə, İqtisadiyyat, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

İclasda giriş sözü ilə Alt İşçi qrupunun rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxış edərək, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası məqsədilə “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın aidiyyəti tədbirlərinin effektiv reallaşdırılması üçün “Sağlam həyat tərzi” üzrə yaradılan Alt İşçi qrupunun öz fəaliyyətini intensiv şəkildə davam etdirdiyini diqqətə çatdırıb.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın uğurla icra olunduğunu və ölkəmizin sosial-iqtisadi inkişafına mühüm zəmin yaratdığını qeyd edən nazir, bu inkişafın davamlılığının təmin edilməsi məqsədilə Azərbaycanda sağlam həyat tərzinin təşviqi istiqamətində həyata keçiriləcək tədbirlərin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

İclasda Səhiyyə Nazirliyinin Hüquq şöbəsinin müdir müavini Humay Qurbanova “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın indiyədək icrası üzrə cari dövrdə əldə olunan nəticələr və təcrübələr barədə təqdimatla çıxış edib.

Sonda Alt İşçi qrupunun üzvlərinin təkliflərinə dair müzakirələr aparılıb, uğurlu beynəlxalq təcrübələlərin tətbiqinin məqsədəuyğunluğu vurğulanıb, habelə gələcək fəaliyyət istiqamətləri üzrə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. İclasın sonunda qarşıda duran məsələlərin icrasına dair müvafiq qərarlar alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
5
bakivaxti.az

6Источники