RU

Ağalarovların əmlaklarına həbs qoyulması tələb edilir

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Crocus City Hall" konsert zalında baş vermiş terror aktı ilə bağlı cinayət işi üzrə zərərçəkənlər istintaq orqanından binanın sahibi olan iş adamı Araz Ağalarov və onun oğlu Emin Ağalarovun əmlakına həbs qoyulmasını tələb edirlər.

Axşam.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Zərərçəkənlərin vəkili İqor Trunov bildirib ki, istintaqdan "Crocus Group"un sahibləri olan Araz və Emin Ağalarovlara, həmçinin onlara məxsus olan “Crocus Group”, “AO Krokus”, “ÇOP Krokus Profi” və “AO Krokus İnternational” şirkətlərinin əmlakına təcili olaraq təminat tədbirləri tətbiq olunması tələb edilib.

Trunovun sözlərinə görə, bu tədbir zərərçəkmiş şəxslərin həyat və sağlamlıqlarına dəyən ziyanın ödənilməsi hüququnun təmin olunması məqsədilə irəli sürülüb. O qeyd edib ki, bu tələblər Rusiya Cinayət Məcəlləsinin 238.3-cü maddəsinə əsaslanır (təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi nəticəsində ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümü).

İstintaqın məlumatına görə, terror aktı zamanı binada yanğın baş versə də, yanğınsöndürmə sistemi işləməyib, nəticədə alov vaxtında söndürülə bilməyib. Eyni zamanda, binanın tikintisində istifadə olunan yanğına dayanıqsız materiallar səbəbindən alov sürətlə yayılıb. Evakuasiya zamanı isə bir çox tamaşaçı və ziyarətçi zalı vaxtında tərk edə bilməyib, çünki bəzi evakuasiya çıxışları bağlı olub.

Trunov əlavə edib ki, yanğınsöndürmə sistemi və evakuasiya çıxışlarının texniki xidmətinə "AO Krokus" cavabdeh olub, mədəni-kütləvi tədbirlərin təşkili "Crocus Group" tərəfindən həyata keçirilib, binanın mühafizəsini isə "Krokus Profi" şirkəti təmin edib.

Cinayət işi 2024-cü ilin mart ayında Rusiya CM-in 238-ci maddəsi üzrə təhlükəli xidmətlərin göstərilməsi nəticəsində ölüm faktı ilə bağlı naməlum şəxslərə qarşı açılıb.

İlkin istintaq məlumatına görə, terror aktı nəticəsində ən azı 139 nəfər, o cümlədən 3 uşaq həlak olub, 121 nəfər, o cümlədən 11 azyaşlı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Crocus City Hall”un mətbuat xidməti "Forbes"ə bildirib ki, hələlik bu məsələ ilə bağlı hər hansı şərh vermirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
axsam.az

1Источники