RU

Ceyhun Bayramov avstriyalı həmkarı ilə görüşdü

BAKI, 24 sentyabr. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynıl-Rayzinqer ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, xarici işlər nazirləri yüksək səviyyəli təmaslar və müntəzəm siyasi məsləhətləşmələr vasitəsilə ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib və bu məqsədlərə nail olmaqda Birgə Komissiyanın mühüm rolunu vurğulayıblar.

Ceyhun Bayramov avstriyalı həmkarını münaqişədən sonrakı dövrdə regionda aparılan sülh quruculuğu və inkişaf səyləri barədə məlumatlandırıb.

Избранный
21
6
teleqraf.com

7Источники