1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Edit Kouen Universitetinin (Avstraliya) alimlərinin fikrincə, brokoli və kələm kimi xaççiçəklilər fəsiləsinə aid tərəvəzlər qan şəkərinin səviyyəsinə kökümeyvəli tərəvəzlər və balqabaqkimilərdən daha effektiv nəzarət etməyə kömək edir.
Oxu.Az xəbər verri ki, araşdırmanın nəticələri "Journal of Nutrition, Health and Aging" (JNHA) jurnalında dərc edilib.
Tədqiqatda yüksək qan təzyiqi olan, lakin diabet diaqnozu qoyulmamış yetkinlər iştirak ediblər. 14 günlük iki müddət ərzində iştirakçılar hər gün müxtəlif qruplara aid dörd porsiya tərəvəz yeyiblər. İlk iki həftə ərzində onlar xaççiçəklilər fəsiləsinə aid tərəvəzləri - brokoli, kələm və gül kələmini, sonrakı iki həftədə isə yerkökü, kartof, batat və balqabaq yeyiblər.
Bütün iştirakçılara portativ qlükometrlər taxıblar ki, bu da tədqiqatçılara tədqiqat boyunca real vaxt rejimində qanda qlükoza səviyyəsini izləməyə imkan verib. Nəticələr göstərib ki, xaççiçəklilər fəsiləsinə aid tərəvəzlər qan şəkərinin səviyyəsini sabitləşdirməkdə daha effektivdir. Alimlərin fikrincə, bu pəhrizə riayət edən könüllülər yeməkdən sonra və gün ərzində "qlükoza sıçrayışları"ndan daha az əziyyət çəkiblər.
Tədqiqatçıların fikrincə, qeyri-sabit qan şəkərinin səviyyəsi dünya üzrə 541 milyon insanda müşayiət olunur. Əvvəlki tədqiqatlar göstərib ki, qan şəkərinin daha stabil olması ümumi sağlamlığı yaxşılaşdırır və bir çox xroniki xəstəliklərin inkişaf riskini azaldır.