RU

Prezident İlham Əliyev: Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artıb

Bakı. Trend:

Azərbaycan Orta Dəhliz üzərində yerləşən nəqliyyatinfrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna,dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalaryatırıb.

Trend xəbər verir ki, bubarədə Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinintəşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı,maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər BiznesForumuna müraciətində deyilir.

Qeyd olunub ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı BeynəlxalqDəniz Ticarət Limanı, Xəzər yük donanması – bütün bunlar OrtaDəhlizin funksionallığını təmin edən vacib nəqliyyatinfrastrukturdur. “Orta Dəhlizin Azərbaycan seqmentindəinfrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması,modernləşdirilməsi və ötürücülük qabiliyyətinin genişləndirilməsiprosesi hazırda da davam etməkdədir.

Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsiləyükdaşımalarının həcmi təxminən 90 faiz artmış, yüklərin keçidmüddəti əhəmiyyətli dərəcədə azalmışdır. Aparılmış hesablamalaraəsasən 2030-cu ilədək Orta Dəhlizin yük daşıma qabiliyyətinin2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçidmüddətinin isə 2 dəfə azalacağı gözlənilir”,- deyə dövlət başçısıvurğulayıb.

Избранный
28
16
az.trend.az

10Источники