RU

Ceyhun Bayramov: Azərbaycan beynəlxalq və regional sülhün qorunmasına fəal töhfə verir

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda keçirilən Qlobal İnkişaf Təşəbbüsü üzrə yüksək səviyyəli görüşdə çıxış edib.

BAKU.WS xəbər verir ki, C. Bayramov bu barədə "X" sosial media hesabında paylaşım edib..

"Azərbaycan Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü dəstəkləyir. Bu təşəbbüslər dünyada sülhü, sabitliyi və ümumi rifahı təşviq edir, bizim məqsədlərimizlə sıx şəkildə uzlaşır və qlobal çağırışlarla mübarizədə əməkdaşlığa və inklüzivliyə əsaslanan yanaşmamızı əks etdirir.

Regionda etibarlı tərəfdaş kimi Azərbaycan beynəlxalq və regional sülhün qorunmasına fəal töhfə verir", - nazir paylaşımda bildirib.

Избранный
42
3
far.az

5Источники