RU

Leyla və Arzu Əliyevalar Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində - FOTO

Sentyabrın 23-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Nyu-York şəhərində Müasir İncəsənət Muzeyində (Museum of Modern Art-MoMA) olublar.

Bizim.Media xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyevaya muzey haqqında məlumat verilib.

Bildirildi ki, burada 1929-cu ildən bəri dünyanın ən dəyərli incəsənət əsərləri qorunaraq nümayiş etdirilir.

Rokfeller ailəsinin dəstəyi ilə yaradılan muzey bu gün dünyanın ən mötəbər sənət məkanlarından biridir. Yalnız rəsm deyil, foto, heykəltaraşlıq, memarlıq layihələri, film, hətta elektron media əsərləri də muzeyin kolleksiyasında yer alır. 

Burada Pablo Pikasso, Vinsent Van Qoq, Endi Vorhol və Henri Matissa kimi sənətkarların dünyada məşhur əsərlərinə rast gəlmək olar. Muzeyin kitabxana və arxiv bölməsi isə tədqiqatçılar üçün əvəzsiz mənbədir. Minlərlə kitab, fayl və sənəd kolleksiyası buranı həm də elmi mərkəzə çevirib.








Bizim.Media 

Избранный
33
33
bizim.media

10Источники