RU

Tramp yalnız bu şərtlə Nobel Sülh Mükafatını ala bilər - Makron

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ABŞ prezidenti Donald Tramp yalnız Qəzza zolağı ilə bağlı İsrail və fələstinlilər arasında münaqişəyə son qoyacağı təqdirdə Nobel Sülh Mükafatını ala bilər.

Modern.az xəbər verir ki, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində BFMTV-yə müsahibə verən Makron Trampın “Nobel Sülh Mükafatını istədiyini” bildirib.

"Nobel Sülh Mükafatı yalnız bu münaqişəyə son qoyduğunuz təqdirdə mümkündür", - deyib.

Avqust ayında Ağ Ev ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatı üçün dəstəkləyən xarici liderlərin siyahısını dərc edib.

Trampın namizədliyini Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Kambocanın baş naziri Hun Sen, Qabon prezidenti Bris Oliqi Nguema, İsrailin baş naziri Benyamin Netanyahu, Pakistan hökuməti və Ruandanın xarici işlər naziri Olivier Nduhungirehe dəstəkləyib.

Избранный
25
7
modern.az

8Источники