RU

Müəllimləri daşıyan mikroavtobus aşdı - Yaralılar var - YENİLƏNDİ

Gədəbəyin Maarif kəndi ərazisində mikroavtobusla minik avtomobili toqquşub.

News24.az xəbər verir ki, hadisə zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəzada 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Mikroavtobusun Gəncədən Gədəbəyə gedən müəllimləri daşıdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. ( Qafqazinfo )

***

09:30

Gədəbəydə baş verən yol qəzasında 13 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunda qeydə alınıb.

Xəsarət alanlar - M.Babayeva, İ.Məcidili, X.Əliyeva, N.Baxışəliyeva, İ.Məmmədova, U.Tağıyeva, İ.Babayeva, T.İsgəndərova, Ə.Məcidli, S,Kazımova, E.Vəliyeva və V.Bayramova tibbi yadıma edilib. Onlar Şəmkir və Gəncədə yerləşən xəstəxanalara təxliyə edilib. (Apa)


***

11:19


Bugün Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063” markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb.

Bu barədə News24.az-da BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə dərhal YPX əməkdaşları cəlb edilərək lazımi təhlükəsizlik tədbirləri görülüb. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, sükan arxasında diqqətsizlik və yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə gətirib çıxarır. Hər kəsdən qaydalara ciddi riayət olunması tələb olunur.




Избранный
68
5
news24.az

7Источники