Bu gün Bakıda III Beynəlxalq Statistika Forumu işə başlayıb.
Ölkə.Az "Report"a istinadla xəbər verir ki, tədbir sentyabrın 26-na qədər davam edəcək.
Dövlət Statistika Komitəsi və MDB-nin Dövlətlərarası Statistika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən forum "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusuna həsr olunub.
Tədbirdə 15 ölkədən və 10 beynəlxalq təşkilatdan yüksək səviyyəli nümayəndə heyətləri, elmi ictimaiyyətin tanınmış nümayəndələri və ekspertlər iştirak edirlər.