Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb. Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xatırladaq ki, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb. Faktla bağlı araşdırma aparılır.
Mətləb