RU

Şəhid Əkrəm Şadmanovun şəhadətinin ikinci ildönümü münasibətilə məzarı ziyarət olunub

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

İkinci Fəxri Xiyabanda 2023-cü il 24 sentyabr tarixində Ağdamda düşmən təxribatı nəticəsində şəhid olan polkovnik-leytenant Şadmanov Əkrəm Yunus oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal rayon bələdiyyəsinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidin məzarlarını ziyarət edib, önlərinə tər güllər düzüb, ruhuna dualar oxuyub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Şadmanov Əkrəm Yunus oğlu sağlığında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, 2-ci dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı”, 1-ci dərəcəli “Qüsursuz xidmətə görə”, 2-ci dərəcəli “Qüsursuz xidmətə görə”, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib, şəhadətindən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
sesqazeti.az

1Источники