RU

Nazir: Ali təhsil yalnız müəyyən qrup üçün yox, hər bir gənc üçün əlçatan olmalıdır

BAKI, 24 sentyabr. TELEQRAF

“Ali təhsilə çıxış imkanlarının genişləndirilməsi ilə bağlı əsas məsələlərdən biri tələbə mübadiləsinin ədalətli şəkildə aparılması və hər kəs üçün faydalı nəticələr doğuracaq balansın yaradılmasıdır”.

Teleqraf xəbər verir ki, bu sözləri Bakıda keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti”ndəçıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, ali təhsilə çıxış imkanlarının genişləndirilməsi ilə bağlı əsas məsələlərdən biri tələbə mübadiləsinin ədalətli şəkildə aparılması və hər kəs üçün faydalı nəticələr doğuracaq balansın yaradılmasıdır:

“Ən mühüm məsələlərdən biri isə təhsildə bərabərlikdir. Ali təhsil yalnız müəyyən qrup üçün deyil, hər bir gənc üçün əlçatan olmalıdır. Lakin qəbul imtahanları və digər maneələr bəzən bu imkanları məhdudlaşdırır. Tələbələrin sayının artması çox zaman təhsilin keyfiyyətinə təsir göstərə bilir və bu səbəbdən də miqdar və keyfiyyət arasında düzgün tarazlığın tapılması vacibdir.

Xüsusilə bölgələrdən olan, sosial-iqtisadi cəhətdən zəif ailələrdən çıxan gənclərin, həmçinin qızların ali təhsilə daxil olmaq şansları daha aşağı qiymətləndirilir”, - Emin Əmrullayev qeyd edib.

Избранный
17
teleqraf.com

1Источники