RU

Yeni çağırışlar nəzərə alınaraq metodologiya təkmilləşdirilməlidir QURUM RƏSMİSİ

ain.az, Sia Az portalına istinadən məlumat verir.

"MDB ölkələrinin statistika orqanları yeni çağırışları və tələbləri nəzərə alaraq metodologiyanı təkmilləşdirməlidirlər". Bu sözləri jurnalistlərə açıqlamasında Bakıda keçirilən III Beynəlxalq Statistika Forumu çərçivəsində MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam bildirib.

Onun sözlərinə görə, I forum Sankt-Peterburqda (Rusiya), II forum isə Daşkənddə (Özbəkistan) keçirilib: "Bakıdakı forumda 19 ölkənin statistika orqanlarının, həmçinin statistika məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Həyat son dərəcə dinamikdir. Rəsmi statistikanın operativ şəkildə qiymətləndirməli olduğu yeni hadisələr meydana çıxır. Biz bununla məşğuluq. Bu çox çətin bir çağırışdır, metodologiya hazırlamaq lazımdır. Ona görə də bu gün biz statistik metodologiyanın inkişafı ilə məşğul olacağıq. Statistika orqanları üçün ikinci mühüm və ən çətin çağırış cəmiyyətin rəqəmsallaşmasıdır. Bilirsiniz ki, həm biznes, həm şəxsi həyat, həm də ictimai həyat rəqəmsal formaya keçib. Bu, bəzən alternativ statistika təqdim edən nəhəng bir məlumat axını yaradır. Statistika orqanları bu məlumatların necə formalaşdığını, hansı metodologiyadan istifadə edildiyini, hansı yollarla araşdırma aparıldığını anlamalıdırlar. Bundan əlavə, süni intellekt daha yüksək sürətlə bizə yeni alternativ məlumatlar, yeni alternativ statistika formalaşdıracaq. Buna görə də onlarla necə işləmək və onları yaymaq barədə anlayışımız olmalıdır".

K.Laykam vurğulayıb ki, dünyada hazırda yüksək olmayan statistik savadlılıq səviyyəsinin artırılmasına da diqqət yetirmək lazımdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
2
sia.az

3Источники