RU

“Zəfər” şahmat turniri qaliblərinin Xocalı və Xankəndiyə infoturu təşkil edilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xocalı və Xankəndi şəhərlərinə, Xocalı rayonunun Əsgəran qəsəbəsinə növbəti infotur təşkil edib.

Bu barədə APA-ya Komitənin Mətbuat xidmətindən məlumat verilib.

İnfotur Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.

İnfoturda Dövlət Komitəsinin bu ilin may ayında məcburi köçkün məktəblilər arasında keçirdiyi, Böyük Qayıdışa həsr olunan “Zəfər” şahmat turnirinin qalibləri iştirak ediblər. Onlar Prezident İlham Əliyevin tapşırıqları və Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında aparılan bərpa-quruculuq işləri, doğma yurda qayıtmış keçmiş məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olublar.

İnfotur iştirakçıları Əsgəran qala-kompleksinə, yenidən qurulan Xocalı və Xankəndi şəhərlərində, Qarabağ Universitetində olublar. Universitetlə yaxından tanışlıq, burada tələbələr üçün yaradılmış şərait məktəblilərdə xoş təəssürat yaradıb. Onlar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.

Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.

“Zəfər” “Zəfər” “Zəfər” “Zəfər” “Zəfər” “Zəfər”
Избранный
46
13
apa.az

10Источники