RU

Polis Zərdabda əməliyyat keçirdi – 2 nəfər TUTULDU - FOTO

Zərdabda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən iki nəfər saxlanılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil Qoşaoba kənd sakini Ceyhun Əliyev saxlanılıb.

Belə ki, ondan 3 kiloqram 500 qram marixuana aşkarlanıb.
 

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat zamanı rayon sakini Salik Abdullayev də saxlanılıb. Adıçəkilən şəxsdən də satış məqsədilə qablaşdırılmış marixuana götürülüb.


Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Bizim.Media, Aran bürosu

Избранный
41
19
bizim.media

10Источники