RU

Palçıq qatı Qusarda kəndi 2 yerə böldü - VİDEO

Palçıq püskürməsi baş vermiş Qusarın Ləzə kəndində vəziyyət kritik olaraq qalır.

Bizim.Media xəbər verir ki, Qızılqaya dağ massivindən axıb gələn palçıq qatı kəndi 2 yerə bölüb.

Sürətlə və güclü gələn palçıq, lil qatı kəndin təzə məhəlləsinə gedən yolu bağlayıb. Sakinlərin kəndin digər hissəsi ilə əlaqəsi tam kəsilib.
 

Qusar İH-nin Tikinti və memarlıq şöbəsinin müditi Şahabbas Ssruxanov vəziyyətin kritik olduğunu təsdiqləyib.


Onun sözlərinə görə, yolun təmizlənməsi üçün bütün zəruri tədbirlər görülür.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Избранный
17
1
bizim.media

8Источники