RU

Tramp: Özbəkistan lideri öz sözünün adamıdır

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Özbəkistan ABŞ-dan dəyəri 8 milyard dollardan çox olan 22 təyyarə alacaq.Reyting.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.“Mən, bu ayın əvvəlində Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə danışdım”,- o qeyd edib.“Prezident Mirziyoyevi “Boeing” ilə əla sövdələşmə imzalaması münasibətilə təbrik etmək istəyirəm. Özbəkistan Hava Yolları dəyəri 8 milyard dollardan çox olan 22 “Dreamliner” təyyarəsi alır. Bu, ABŞ-da 35 mindən çox iş yeri yaradacaq. Prezident Mirziyoyev öz sözünün adamıdır və biz bir çox başqa sahələrdə birgə işləməyə davam edəcəyik”,- Tramp qeyd edib.ELÇİN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
2
reyting.az

3Источники