Bakı, 24 sentyabr, AZƏRTAC
Akademik Mustafa Topçubaşovun həyat yolu gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri akademik M. Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda səhiyyə naziri Teymur Musayev deyib.
Nazir M. Topçubaşovun irsinin bu gün də aktuallığının qoruduğunu vurğulayıb.