RU

Türkiyənin əmək nazir müavini: slam dünyasında gənclər yüksək gəlir üçün Qərbə köçür

İslam dünyasında gənclər yerli əmək bazarında rəqabət imkanlarının məhdud olması səbəbindən yüksək gəlir əldə etmək üçün Qərb ölkələrinə köçməyə məcbur qalır.

Bunu Türkiyə Əmək və Sosial Müdafiə nazirinin müavini Lütfihak Alpkan Bakıda keçirilən  "Dəyişən Əmək Dünyasında İnnovativ Əmək və Məşğulluq Stearegiyaları: Qlobal Çağırışlar - Milli Həllər" mövzusunda tədbirdə jurnalistlərə müsahibəsində deyib.


Alpkan bildirib ki, yüksək qazanc əsasən beynəlxalq markalar və qlobal tədarük zəncirlərinin əlində cəmlənib.

“Məhsul Çində istehsal oluna bilər, lakin onun markası Amerika mənşəli olur. Eyni təhsili alan mühəndislər müxtəlif ölkələrdə qeyri-bərabər maaşlarla üzləşirlər”, o bildirib.

Onun sözlərinə görə, İslam ölkələrinin gənclərinin əməyinə dəyər verilməsi üçün güclü araşdırma–inkişaf büdcələri, beynəlxalq markalar və müstəqil tədarük zəncirləri yaradılmalıdır.

Gülnar Nazimqızı








Избранный
25
anews.az

1Источники