Çili prezidenti Qabriel Boriç İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada törədilən qətliamlara görə beynəlxalq tribunalda mühakimə olunmasını tələb edib.
Publika.az xəbər verir ki, Boriç BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında İsrailin Qəzzaya hücumlarını, İranı bombalamasını və Ukrayna işğalını pisləyib.
O, sərt sözlərlə Netanyahunu hədəf alıb: "Netanyahu və ailəsinin raketlə parçalanmasını istəmirəm. Amma onun və Fələstin xalqına qarşı soyqırımına görə məsuliyyət daşıyanların beynəlxalq məhkəmə qarşısında cavab verməsini istəyirəm".
Baş nazir Rusiya-Ukrayna müharibəsinə də toxunub: "Bəziləri soruşur ki, dilini bilmədiyimiz uzaq bir ölkədə yaşananların Çili ilə nə əlaqəsi var? Ölkəmizdə də bu arqumentlərlə bizi tənqid edənlər var. Onlara cavabımız belədir: "Eynilə, yemək axtararkən güllələnən fələstinli ana ilə, bu gün Rusiyada qaçırılan ukraynalı uşaqla da əlaqəmiz var, çünki hamımız insanıq”.