RU

Sağlam uzunömürlülüyün əsas komponentləri ortaya çıxdı

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru və “Bulud şəhərləri” texnoloji tərəqqi platformasının məruzəçisi Aleksey Moskalov sağlam uzunömürlülüyün əsas şərtlərini açıqlayıb.

E-saglam.az xəbər verir ki, O, mövzu ilə bağlı fikirlərini Lenta.ru-ya müsahibəsində bölüşüb.

Moskalovun sözlərinə görə, düzgün pəhriz, müntəzəm fiziki fəaliyyət, sağlam yuxu rejimi və stressin idarə olunması uzunömürlülüyü tənzimləyən genlərin işinə birbaşa təsir göstərir. Onun fikrincə, irsiyyət rol oynasa da, həyat tərzi daha böyük əhəmiyyət daşıyır.

“Genlər müəyyən meyllilik yaradır, lakin yaşla bağlı dəyişikliklərin sürətini həyat tərzi müəyyən edir. Deməli, qocalma əsasən gündəlik vərdişlərimizdən asılıdır”, – deyə alim izah edib.

Moskalov əlavə edib ki, hətta kiçik dəyişikliklər — məsələn, pəhrizə düzəlişlər və orta intensivlikli hərəkətlilik — insanın bioloji yaşını bir neçə il azalda bilər. O, ömrü uzatmaq üçün keyfiyyətli, qida maddələri ilə zəngin məhsullar seçməyi, yuxunu planlaşdırmağı, həddindən artıq yeməkdən çəkinməyi, gündəlik hərəkət aktivliyini artırmağı və stressin öhdəsindən gəlməyi tövsiyə edib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
12
e-saglam.az

1Источники