RU

"Araz-Naxçıvan"ın oyununun hakimi bilindi

Futzal üzrə Yüksək Liqada 2-ci turun oyunlarına təyinatlar açıqlanıb. 

Fanat.Az xəbər verir ki, turun açılış oyunu Anar Fərəcova tapşırılıb.

Ötən həftə Bolqarıstanın paytaxtı Sofiya şəhərində təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında hakimlik edən Rza Məmmədov isə "Baku Fire" ilə "Lənkəran"ın oyununda iş başında olacaq. Günün son qarşılaşması - U-19 - "Neftçi" İK matçı isə Mahir Məmmədova tapşırılıb.

Qeyd edək ki, turun görüşləri sentyabrın 25-də "Olimpik Star"da keçiriləcək

Şuşa – Araz-Naxçıvan
25 sentyabr. Olimpik Star. 13:00
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Bəxtiyar Osmanov
Hakim-inspektor: Murad Məmmədov

Lənkəran  - Baku Fire
25 sentyabr. Olimpik Star. 15:00
Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Nihad Bağırov
Hakim-inspektor: Elçin Səmədli

U-19 - Neftçi İK
25 sentyabr. Olimpik Star. 17:00
Hakimlər: Mahir Məmmədov, Vüsal Balaşov, İmran Məhərrəmov
Hakim-inspektor: Füzuli Nəcəfov

Избранный
18
fanat.az

1Источники