AzVision.az xəbər verir ki, Vladimir Putinin mətbuat katibi Rusiyanın ümumiyyətlə pələng olmadığını, bu ölkənin daha çox ayı kimi qiymətləndirildiyini deyib.
“Kağız ayı olmur. Rusiya əsl ayıdır. Putin bizim ayımızı dəfələrlə və müxtəlif dərəcədə emosiya ilə təsvir edib. Burada kağız heç nə yoxdur”,- Dmitri Peskov vurğulayıb.
Rusiya prezidentinin mətbuat katibi bildirib ki,“gərginliklərə” baxmayaraq, ölkədə“makroiqtisadi sabitlik”qorunur. Onun sözlərinə görə, Kreml Trampın Rusiyanın müharibədə iştirakının mənasızlığı və iqtisadiyyatın ağır vəziyyəti ilə bağlı bəyanatları ilə“razılaşır”.
Dmitri Peskov Amerika liderinin ritorikasının dəyişməsini BMT Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü ilə əlaqələndirib.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта