RU

ChatGPT bir qadına lotereyada pul qazandırıb

Virciniyadan olan Kerri Edvards süni intellektə nömrələr seçməsinə icazə vermək qərarına gəlib. Tirajda dörd rəqəm uyğun gəlib və nəticədə 150 min dollar qazanıb.

Herbiand.az bildirir ki, bu barədə The New York Post xəbər verib.

Kerri Edvards ChatGPT-dən lotereya üçün hansı nömrələri seçəcəyini soruşmaq qərarına gəlib. Həmin nömrələri oynayan qadın pul udsa da, məbləği götürməkdən imtina edib.

Bu, lotereyalarda neyron şəbəkələrin istifadəsi ilə bağlı ilk hal deyil. 2023-cü ildə Tayland sakini süni intellektdən rəqəmlər soruşduqdan sonra 59 dollar qazandığını iddia edib. İtaliyada üç tələbə alqoritmlərə cəmi 350 avro xərclədikdən sonra 50.000 avrodan çox qazandıqlarını bildiriblər.

ChatGPT qalib kombinasiyaları proqnozlaşdırmaq iqtidarında deyil. Bu vəziyyətdə, o təsadüfi rəqəmlərin generatoru olur. Bununla belə, qalib gəlmə ehtimalı digər iştirakçılardan heç nə ilə fərqlənmir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
14
herbiand.az

1Источники