RU

Nə olar, ay ata, getmə yanımdan... - Əkrəm Şadmanovun ÖVLADLARI

Bu gün polkovnik-leytenant Əkrəm Şadmanovun şəhadətindən 2 il keçir. 

1984-cü il martın 1-də dünyaya gələn Əkrəm Şadmanov uşaqlıq illərindən başlayan çətinliklərə baxmayaraq, hərb yolunu seçir.  C.Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini fərqlənmə ilə bitirərək Azərbaycan Ordusunun şərəfli zabitlərindən birinə çevrilir.

2023-cü il sentyabrın 24-də Ağdam rayonunun Gülablı kəndi yaxınlığında xidməti vəzifəsini yerinə yetirərkən düşmənin basdırdığı minaya düşüb və şəhidlik zirvəsinə ucalıb. Əkrəm Şadmanov 2-ci Fəxri xiyabanda dəfn olunub. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətənə xidmətə görə” ordeni (III dərəcə) və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Modern.az şəhid Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Rəhimova ilə həmsöhbət olub.

Əkrəm Şadmanov əslən kəlbəcərlidir. Uşaq yaşlarından doğma yurdundan məcburi köçkün düşmək də, Kəlbəcəri işğaldan azad etmək yolunda həyatını qurban vermək də onun tale yükü idi. 

“Nə olar, ay ata, getmə yanımdan,
Hələ tez deyilmi köçmək dünyadan?”

Övladları Araz və Solmazın da atasız böyüməsi onların tale yükünə çevrildi. 

Əkrəm Şamanovun həyat yoldaşı Gülşən Rəhimova deyir:

“Solmaza atasının yoxluğu getdikcə daha çox təsir edir. Hər keçən gün içinə çəkilir. Üsyan edir. Əkrəm üçün yeni şeir yazıb, amma heç kimlə paylaşmır”. 

“İndi mənim uşaqlarım heç nəyə sevinmir. Təhsildə, müxtəlif sahələrdə uğurları çox olur, amma gözləri atalarını axtarır. Görməyəndə daha çox pis olurlar. Solmaz və Araz üçün ataları haqqında danışmaq çətindir. Qəhərlərini boğa bilmirlər. Arazın bu yaxınlarda doğum günü idi, onda belə sevinmədi. Boynunu büküb oturmuşdu” – deyə o bildirib. 

“Nə olar, ay ata, geri dön bircə,
Hələ yaşamağa uzun ömür var”.

“Mən də uşaq olanda atamı itirmişdim. Atasız yaşamağın nə olduğunu bilirəm. Amma övladlarımın da bunu yaşaması mənə iki qat zərbədir. Əkrəmlə ailə həyatı qurandan sonra o, uşaqlarımla birlikdə mənə də ata oldu. Onun ölümü ilə mən ikinci dəfə yetim qaldım” - şəhidin həyat yoldaşı Gülşən xanım bildirir.

“Hələ inanmaq istəmirəm mən,
Bir gün qayıdacağına inanıram”

“Bəzən uşaqlarla danışırıq. Hiss edirəm ki, atalarını unutmaqdan qorxurlar. Elə gün yoxdur ki, Əkrəmin adı bizim evimizdə çəkilməsin. Bir vaxtlar bizimlə xoş vaxtlar keçirdiyi evində indi onun xatirə köşəsi var. Bu insana təskinlikdən çox əzab verir”. 

“Sənli günlərimi xatırlayıram,
Bir an qorxuram ki, səni unudam”. 

“Sizə göndərdiyim şeiri Solmaz yazıb. Atası da gözəl şeirlər yazırdı. Həmişə yazdıqları şeirləri ilk bir-birlərinə oxuyardılar. Amma Solmaz artıq yazdığı şeirlərini heç kimlə paylaşmır. Sizə göndərdiyim şeir isə 1 il əvvəl yazılıb. Təkcə onu mənə göstərmişdi. Mən onları təbii ki, başa düşürəm. Amma həyat yoldaşını, ata əvəzini, övladlarının dayağını itirən bir ana kimi mənə hər şey çətindir”.

 1464039

1464040

1464041

1464042

1464043

1464044

1464045

1464046

1464047

1464048

Избранный
12
1
modern.az

2Источники