Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Nyu-Yorkda keçirilən VI Xəzər Biznes Forumunda çıxış edib.
“AzPolitika” xəbər verir ki, tədbir “Orta Dəhliz boyunca: əlaqə, maliyyə və enerji” mövzusunda Xəzər Siyasi Mərkəzi tərəfindən təşkil olunub.
H.Hacıyev bildirib ki, Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirmək niyyəti təqdirəlayiqdir. O vurğulayıb ki, məhz bu məqsədlə Ermənistan hökuməti müəyyən addımlar atmağa çalışır. Onun sözlərinə görə, Vaşinqtonda imzalanmış Bəyannamələr də bu istiqamətə xidmət edir və konkret layihənin icrasını nəzərdə tutur.
Söhbət Zəngəzur dəhlizinin açılmasından gedir.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.