RU

Aviaşirkət sərnişinə 9,6 milyon dollar təzminat ödəyəcək

ain.az, Reyting.az saytına istinadən bildirir.

ABŞ-da federal münsiflər heyəti “American Airlines”ı öz qaydalarına əməl etmədiyinə və sərnişinin insult keçirdiyi reysin istiqamətini dəyişdirdiyinə görə yüksək məbləğdə cərimələyib.Reyting.az xəbvər verir ki, Kaliforniyada yaşayan 67 yaşlı aşpaz Jesus Plasencia 2021-ci ilin noyabrında həyat yoldaşı Ana Maria Marcela Tavantzis ilə Mayamidən Madridə uçan təyyarəyə minməzdən bir müddət əvvəl “mini insult” keçirib. Şikayətə görə, Plasencia qısa müddət ərzində danışmaq və sadə əşyaları tutmaq qabiliyyətini itirib və arvadı bununla bağlı kabinəyə xəbərdarlıq edib. Lakin pilot vəziyyətə məhəl qoymayıb və hətta havaya qalxmağa icazə verməmişdən əvvəl Plasensiya ilə zarafatlaşıb.Bununla belə, şirkət protokollarına görə, pilotdan dərhal tibbi qruplara məlumat verməsi tələb olunurdu. Havaya qalxdıqdan qısa müddət sonra Plasencia daha bir ağır insult keçirib. İddiaya görə, kabin heyəti digər sərnişinlərdən xəstəni müşahidə etmələrini istəyib, lakin pilota məlumat verməyib. Təyyarə Madridə yönləndirilmədən yoluna davam edib.İspaniyada üç həftə xəstəxanada yatan Plasencia ABŞ-a qayıtdıqdan sonra danışıq və yazmaq qabiliyyətini itirib. Bu gün o, hələ də 24 saatlıq qulluq və intensiv reabilitasiya tələb edir. Cütlüyün iddiasına görə, qaydalara əməl edilsəydi, sağlamlığı daha yaxşı ola bilərdi.Təxminən dörd il davam edən məhkəmə çəkişməsindən sonra federal münsiflər heyəti “American Airlines”ın Monreal Konvensiyasına əsasən məsuliyyət daşıdığına qərar verib. Şirkət cütlüyə 9,6 milyon dollar təzminat ödəməyə məcbur edilib.V. QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
1
reyting.az

2Источники