RU

Məhkəmədən qaşan separatçı Ermənistan konsulluğunda ÖLÜ TAPILDI – FOTO

Xəbər verdiyimiz kimi, ötəın gün sabiq məmur Boris Avakyan Peterburqda Ermənistan konsulluğunda ölü tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlunat yayıb.

Sankt-Peterburqda Ermənistan konsulluğunda sabiq Rosimuşestvo rəsmisi Boris Avakyan ölü tapılıb.

Məlumata görə, o, tualetə girərək intihar edib. Qapı yalnız bir saatdan sonra açılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Avakyan bundan əvvəl məhkəmə iclasından qaçaraq konsulluğa sığınmağa cəhd etmişdi.

O, 4,2 milyard rubl (85 milyon 357 min man) məbləğində gömrük rüsumlarının ödənilməsindən yayınma işi üzrə təqsirləndirilən şəxs qismində keçirdi.

Qeyd edək ki, Boris Avakyan bir müddət separatçıların yaratdığı qondarma “Dağlıq Qarabağ”da yüksək “vəzifə”lərdə çalışıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
29
1
interpress.az

2Источники