RU

Qonorara görə, QALMAQAL: Şair və nəşriyyat üz-üzə

“Səkkiz aydır qonorarımızı ala bilmirik”.

News24.az  xəbər verir ki, bu barədə şair, tərcüməçi Qismət Rüstəmov sosial şəbəkə hesabında paylaşım edib.

“Qanun” Nəşrlər Evi milli irsimizə yiyə durmaq, folklorumuzun əbədiyaşar mifoloji məntiqini iş həyatına tətbiq etmək üçün yeni qonorar sistemi yaradıb. Kim hər həftə Şahbaz bəyin paylaşdığı yemək videolarına baxıb bu yanıltmacı deyə bilmirsə, qonorarını ödəmirlər: “Aşpaz Şahbaz aş asmış, asmışsa da, saz azmış”, - “Qanun” Nəşrlər Evində etdiyi tərcümələrin qonorarını ala bilmədiyindən şikayətlənən şair qeyd edib.

Məsələ ilə bağlı “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu ilə əlaqə saxladıq. O bildirdi ki, nəşriyyat bu vaxta qədər Qismət Rüstəmovun kitablarını öz hesabına nəşr edib: “Yəni “Qanun” nəşriyyatının Qismətə borcu yoxdur, Qismətin nəşriyyata borcu ola bilər. Çünki ilk dəfə ən yeni ədəbiyyat seriyasında Qismətin şeir kitablarını “Qanun” nəşriyyatı nəşr edib, həm də şeir satılmayan bir vaxtda. “Qanun” nəşriyyatı onun xanımı İlahə Əkbərlə əməkdaşlıq edir”.

Ş.Xuduoğlu əlavə olaraq bildirib ki, İlahə Əkbərin bu vaxta qədər aldığı qonorarın həcmi və qalan borc barədə də mühasibatlıq araşdırdıqdan sonra məlumat veriləcək. (Qafqazinfo.az)


Избранный
92
news24.az

1Источники