RU

Türkiyədə Azərbaycan dili kurslarının yekun qiymətləndirilməsi keçirilib

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Ankaradakı Qazi Universitetində fəaliyyət göstərən Azərbaycan dilinin Tədrisi Ocağında kurs iştirakçılarının yekun qiymətləndirilməsi aparılıb.Metbuat.az xəbər verir ki, bu barədə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi məlumat yayıb.
Tədbirin açılışında çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kursların əhəmiyyətini vurğulayıb, iştirakçıların bütün əyani vəsaitlərlə təmin edildiyini və tədris ocağında Azərbaycan ədəbiyyatı üzrə kitabxananın yaradıldığını bildirib.Qazi Universiteti Türkçə və Sosial Bilimlər Tədrisi Bölümü və Türk Dünyası Araşdırmalar və Tətbiq Mərkəzinin rəhbəri professor Bülent Aksoy Ocağın fəaliyyətini yüksək qiymətləndirərək, bu kursların Türk dünyasında Azərbaycanın mədəniyyətinin və ədəbiyyatının daha dərindən öyrənilməsinə şərait yaratdığını qeyd edib.

Xatırladaq ki, Azərbaycan Mədəniyyət Mərkəzləri xarici ölkələrdə ana dilimizin təbliği məqsədilə müxtəlif layihələr həyata keçirirlər.

Избранный
35
1
metbuat.az

2Источники